Milli Məclisin 2025-cü il yaz sessiyasının qanunvericilik işləri planı məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, yaz sessiyasının qanunvericilik işləri planına 6 məsələ daxil edilib.
Yaz sessiyasının iş planı aşağıdakı kimidir:
№
Qanun layihəsinin adı
Cavabdeh komitə
Cavabdeh şöbə
I
II
III
IV
1
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri
Milli Məclisin müvafiq komitələri
Aparatın müvafiq şöbələri
2
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
İqtisadi qanunvericilik şöbəsi
3
Hərbi qulluqçuların statusu haqqında qanun layihəsi
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi
Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi
4
Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi
İnsan hüquqları komitəsi
Sosial qanunvericilik şöbəsi
5
Beynəlxalq müqavilələr haqqında qanun layihəsi
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi,
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi
6
Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri
Milli Məclisin müvafiq komitələri
Aparatın müvafiq şöbələri