EN

Rusiyanın təzyiqləri, səfirimizə verilən nota: Bakı qətiyyətlə dayanacaqmı? - Sorğu

Məlum olduğu kimi, ötən gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. Rusiya XİN-in yaydığı məlumata görə, səfirlə keçirilən görüşdə Azərbaycan mətbuatında son vaxtlar Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğu bildirilib. Halbuki uzun müddətdir ki, Rusiya mətbuatında Azərbaycan əleyhinə davamlı olaraq əsassız qarayaxma kampaniyası aparılır. Azərbaycan mətbuatında dərc olunan materialların isə hər birinin əsaslı olduğu məlumdur.

Bəs Rusiya ilə Bakı arasındakı bu soyuqluq, üstəlik, səfirimizə ötən gün nota verilməsi ikitərəfli münasibətləri nə dərəcədə poza bilər? Rusiyanın bu təzyiqləri fonunda Azərbaycan necə davranmalıdır? Qətiyyətlə öz mövqeyində qalmalı, yoxsa daha çevik və diplomatik yanaşma sərgiləməlidir?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov

Mənbə: musavat.com

Chosen
23
1
musavat.com

2Sources