EN

Ruslar yenidən Suriyada - Hərbi bazalar bərpa ediləcək?


Yanvarın 28-də Rusiyanın yüksək rütbəli nümayəndə heyəti Bəşər Əsəd rejiminin süqutundan sonra ilk dəfə Dəməşqə gəlib və ölkənin yeni rəhbərliyi ilə Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı razılığa gəlməyə can atıb.

Bakupost.az xəbər verir ki, bu barədə “The New York Times” Rusiya mənbələrinə istinadən yazıb.

Dəməşqə gələn diplomatlar arasında Yaxın Şərq məsələlərinə nəzarət edən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də var.

NYT xatırladıb ki, ötən ay Əsədi devirən Suriya üsyançıları illərlə Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinə qarşı vuruşublar, lakin onların müvəqqəti lideri Əhməd əl-Şara “tarixi bağlar və geosiyasi maraqlar səbəbindən Rusiya ilə münasibətləri davam etdirmək istədiyini” vurğulayıb.

"Rusiyanın Suriyanı ölkəmizlə münasibətlərinə xələl gətirəcək şəkildə tərk etməsini istəmirik", - deyə o, Suriyanın silah və bir çox elektrik stansiyalarının istismarı baxımından Rusiyadan asılı olduğunu bildirib.

Eyni zamanda Bloomberg mənbələri Rusiyanın Suriyanın yeni hökuməti ilə Rusiya bazaları ilə bağlı danışıqlarının dalana dirəndiyini bildirib.

“Rusiyanın Xmeymim aerodromunda fəaliyyəti məhdudlaşdırılıb və iki nəqliyyat gəmisi Suriya rəsmilərinin onlara hərbi texnikanı çıxarmaq üçün Tartus hərbi dəniz bazasına yanaşmasına icazə verməzdən əvvəl həftələrlə gözləmək məcburiyyətində qalıb”, - mənbə bildirib.

Bununla belə, Kreml nikbindir və ümid edir ki, onlar Suriyanın yeni hakimiyyət orqanlarını hərbi bazalarda mövcudluğunu davam etdirməyə inandıra biləcəklər.

Zaur, BakuPost

Chosen
30
25
bakupost.az

10Sources