Mingəçevirdə nəvəsinin yol-nəqliyyat hadisəsində xəsarət aldığını öyrənən nənə intihara cəhd edib.
"Unikal"ın məlumatına görə, bir neçə gün əvvəl Mingəçevirdə yerləşən Kəlbəcər rayon məktəbinin 8-ci sinif şagirdi - 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu maşın vurub. Xəbəri eşidən 1961-ci il təvəllüdlü nənə Lalaxanım Rzayeva nəvəsinin qəzadan sonrakı ağır durumuna dözməyərək sirkə turşusu içib.
O, ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov