Xalq şairi Ramiz Rövşənin dövlət tərəfindən ikinci dəfə mənzillə təmin edilməsinə dair məlumatlar yayılıb.
Heftelik.az-ın məlumatına görə,“Qafqazinfo” iddialarla əlaqədar şairin özü ilə əlaqə saxlayıb.
Ramiz Rövşən bu informasiyaların həqiqətdən uzaq olduğunu bildirib: “Heç nə bağışlamayıblar. Təzə yayılan informasiyadır, mənim xəbərim yoxdur. Yalan məlumatlardır”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə Ramiz Rövşənə ev hədiyyə edib.