EN

NATO Rusiyanı Rheinmetall rəhbərinə sui-qəsd cəhdində ittiham edir

NATO baş katibinin köməkçisinin müavini Ceyms Appaturay Rusiyanı Almaniyanın Rheinmetall müdafiə konserninin rəhbəri Armin Pappergerə sui-qəsd cəhdində ittiham edib. SİA-nın məlumatına görə, NEWS.ru bu barədə Politico-ya istinadən xəbər verir.

Appaturay bildirib ki, Rusiya NATO-ya üzv ölkələrdə bir sıra təxribat aktlarına görə məsuliyyət daşıya bilər. Üstəlik, belə təxribatın məqsədi, siyasətçinin fikrincə, Pappergeri öldürmək cəhdidir.

...Biz son iki ildə NATO ölkələrində təxribat aktları gördük, mən qatarların relsdən çıxarılmasını, yandırma aktlarını, siyasətçilərin əmlakına hücumları, sənaye liderlərinə, məsələn, Rheinmetall şirkətinin rəhbərinə sui-qəsd planlarını nəzərdə tuturam. başqa sui-qəsdlər də olub, - deyə o bildirib. Xatırladaq ki, Pappergerə sui-qəsd 2024-cü ilin yayında məlum olub.

Mövcud məlumata görə, alman kəşfiyyat xidmətləri ABŞ kəşfiyyatı tərəfindən planlaşdırılan sui-qəsd cəhdi barədə əvvəlcədən xəbərdarlıq edildiyi üçün sui-qəsdin qarşısını alıb.

Əli Babayev

Chosen
25
sia.az

1Sources