EN

Ranqnik Almaniya nəhəngində? -Plettenberq açıqladı

Baş məşqçi Nuri Şahini istefaya göndərən Dortmund "Borussiya"sının rəhbərliyi onun postunu hazırda Avstriya millisini çalışdıran 66 yaşlı Ralf Ranqnikə tapşırmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Xəbərə görə, artıq "arılar"ın idarəçiləri sözügedən çalışdırıcı ilə görüşüblər. Mənbə klub bosslarının Ranqnikin indidən iş başına keçməsini arzuladıqlarını, lakin bu variant alınmayacağı halda, onunla əməkdaşlığa yayda başlamağı da nəzərdən keçirdiklərini vurğulayıb.

Qeyd edək ki, Ranqnikin Avstriya Futbol Federasiyası ilə müqaviləsinin müddəti bu ilin sonunadək nəzərdə tutulub.

Nihat

Chosen
10
fanat.az

1Sources