EN

"Hər kəs onun necə yaxşı oyunçu olduğunu gördü" - “Barselona”da qalmasını istəyir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ispaniyalı müdafiəçi Erik Qarsiyanın komandadakı gələcəyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Qarsiyanın komandada qalmasını istədiyini deyib:

“Mən Qarsiyanın komandada qalmasını istərdim. Bu, bizə inam verir.

O, meydanda bir neçə mövqeni əhatə etməyə qadirdir. Son matçlarda hər kəs onun necə yaxşı oyunçu olduğunu gördü”.

23 yaşlı Qarsiya bu mövsüm 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Chosen
12
50
sportinfo.az

10Sources