“Fənərbağça” Anderson Taliska ilə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu 1,5 illik müqavilə imzalanıb.
Taliska 2021-ci ilin yayından “Əl-Nəsr”də çıxış edib. Braziliyalı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 8 qol vurub.
O, daha əvvəl Türkiyə “Beşiktaş”ında çıxış edib.