EN

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI

Bir neçə gün öncə Qəbələdə Nohurgöldən meyiti çıxarılan İlham Qəribovun ölümü ilə bağlı təfərrüat məlum olub.

Publika.az Qlobal.net-ə istinadən xəbər verir ki, iddialara görə İ.Qəribovun ölümü intihar deyil, qəsdən törədilmiş cinayətdir.

Məlumata görə, İ.Qəribovun biznesi olub. O, evdən çıxarkən üstündə külli miqdarda pul olub.

Mərhumun gölün sahilində aşkar edilən çantasında onun mobil telefonu, pasportu və digər əşyaları olsa da, üzərində və çantasında pul tapılmayıb.

Mərhumun ailəsi və yaxınları İlhamın intihar etdiyinə inanmırlar. Onun çox şən, nəşəli, ailəsinə bağlı biri kimi xarakterizə edirlər. O, ailəsinə Qəbələyə gedəcəyi ilə bağlı heç bir məlumat verməyib.

Chosen
8
10
publika.az

10Sources