İran Mədəni İnqilabının Ali Şurasının katibi Əbdülhüseyn Xosropanax Cəmilə Ələmxodu Şuranın Təhsil Qərargahının rəhbəri vəzifəsindən uzaqlaşdırıb. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Onun yerinə Cəlal Musəvi Xatir təyin edilib. Qeyd edək ki, Cəmilə Ələmxoda helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin həyat yoldaşıdır.
Mayın 19-da ölkənin şimal-qərbindəki Verzeqan bölgəsində İran prezidenti, xarici işlər naziri Əmir Abdullahyan və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb.