EN

"ASOR GROUP" nədə ittiham olunur?

"ASOR GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Hit.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə 07.02.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Ramiz

Chosen
5
17
hit.az

10Sources