EN

Qozun faydası və qaydası

Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Günün istənilən vaxtı yeyilən qoz orqanizm üçün güc mənbəyidir. Amma, acqarına qoz yeməyin faydaları daha çoxdur.

1. Enerji verir: Qozda olan sağlam vitaminlər və minerallar bədənimizi gün ərzində ehtiyac duyduğu qidalarla təmin edir. Buna görə də səhər acqarına 3 qoz yemək gün ərzində yorğunluğu aradan qaldırır.

2. Həzmi tənzimləyir: Qoz çox yüksək lif tərkibli qidadır. Bu, bağırsaqlarda hərəkətliliyi artıraraq həzmi tənzimləməyə kömək edir. Xüsusilə, qəbizliyin qarşısını alan qoz mədə turşusunu da tarazlayır.

3. Sinir sistemini yaxşılaşdırır: Qozun tərkibindəki maqnezium sinir sistemini tənzimləməyə kömək edir. Beyin funksiyalarının yaxşılaşmasına töhfə verən qoz sümük sağlamlığını da dəstəkləyir. Bir sözlə, qozun orqanizmin inkişafında çox böyük və əvəz­edilməz rolu var.

Z.HÜSEYNLİ 
XQ

 

Chosen
6
xalqqazeti.az

1Sources