EN

Konqo XİN: Ölkənin 500 mindən çox sakini evlərini tərk edib

Yanvar ayında Konqo Demokratik Respublikasında "23 Mart Hərəkatı" (M23) qruplaşmasının üsyançıları ilə ölkənin şərqindəki hökumət qüvvələri arasında hərbi əməliyyatlar səbəbindən 500 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qaldı.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Konqonun xarici işlər naziri Tereza Vamba Vaqner bildirib.

"Humanitar vəziyyət pisləşməkdə davam edir, təkcə yanvar ayında Cənubi və Şimali Kivu əyalətlərində məcburi köçkünlərin sayı 500 min nəfəri keçdi", - o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"Onlar (M23 qruplaşmaları - red.) şəhərlərimizi və kəndlərimizi işğal etdilər, vətəndaşlarımızı evlərindən qovdular, beynəlxalq hüquqa və bu Şuranın aydın mövqeyinə zidd olaraq paralel idarəetmə qurdular", - nazir vurğulayıb.

Son üç həftə ərzində M23 üsyançıları Qoma şəhərinə qarşı yeni hücum həyata keçirirlər. Onların ön dəstələri Şimali Kivu əyalətinin inzibati mərkəzinə yaxınlaşıb.

Chosen
11
far.az

1Sources