Bakı. Trend:
Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltıtəkanların intensivliyi 5,6 bala çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə HallarNazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bildirib.
"Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykalbölməsinin məlumatına görə, bu gün saat 06:54-də seysmik hadisəqeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında,Bolşoye Qoloustnoye qəsəbəsindən (İrkutsk dairəsi) 36 km aralıdaolub. Episentrdə intensivlik 5,6 bal təşkil edib", - deyə qeydolunub.
Rusiya FHN bildirib ki, İrkutskda zəlzələ 3 bal gücündə hissolunub. “Hər hansı dağıntı və xəsarət alan yoxdur, bütüninfrastruktur obyektləri ştat rejimində işləyir", - deyə qeydolunub.