Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.28% azalaraq 77.26 dollar/barel olub.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri isə 0.14% azalaraq 73.66 dollar təşkil edib.
Qeyd edək ki, WTI markalı neft aylıq əsasda 3.76%, "Brent” markalı neft isə 4.42% dəyər qazanıb.
Müəllif: Teleqraf.com