Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.
“AzÉ™rbaycan DÉ™mir Yolları” QSC-dÉ™n Modern.az-a verilÉ™n mÉ™lumata görÉ™, saat 19 radÉ™lÉ™rindÉ™ Yevlax-LÉ™ki vÉ™ LÉ™ki-Yevlax sahÉ™lÉ™rindÉ™ keçid işıqforları qırmızı göstÉ™rib. Nasazlığın aradan qaldırılması üçün É™raziyÉ™ baxış keçirilÉ™n zaman mÉ™lum olub ki, işıqforların daimi qadaÄŸanedici iÅŸarÉ™ göstÉ™rmÉ™sinÉ™ sÉ™bÉ™b hÉ™min işıqforları qidalandıran 10 metr kabel xÉ™ttinin kÉ™silÉ™rÉ™k oÄŸurlanmasıdır.
Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Qeyd edək ki, təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.