EN

Ulduz futbolçu keçmiş həyat yoldaşı ilə barışıb?

Alvaro Morata 7 il evli olduğu və ötən ilin avqustunda boşandığı model və iş qadını Alisiya Kampello ilə barışıb.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo"nun əməkdaşı Xavyer de Hoyos məlumat yayıb.

“Bu yay ayrılmışdılar. Səbəblər haqqında çoxlu şayiələr var idi, amma indi hər şey dəyişib. Sevgi hər şeyə qalib gəlir, ona görə də bir-birlərinə ikinci şans verməyə qərar veriblər.

İtaliya mətbuatında onların yenidən birləşməsi şayiələr çıxdı. Mən onları Alvaroya yönləndirdim, çünki təsdiqlənməmiş bir şey söyləmək və axmaq kimi görünmək istəmədim. Cavab verdi: “Xavi, sənə deməliyəm ki, doğrudur. Bir-birimizə ikinci şans verdik”, - deyə Xavyer bildirib.

Chosen
6
27
publika.az

10Sources