Milli Məclisin sədri Sahibə Qafarova bələdiyyə seçkilərində səs verib.
Teleqraf.com xəbər verir ki, spiker 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Məntəqədə 1482 seçici qeydiyyatdadır.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyüvə suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.
Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparır. 685 bələdiyyə üçün 8071 üzv seçiləcək. Seçkilərdə 24 siyasi partiya iştirak edir.
Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.
Müəllif: Tapdıq Qurbanlı