Azərbaycanda bələdiyyə seçkilərinə iki saatdan çoxdur ki, start verilib.
17 saylı Yasamal 3-cü seçki dairəsinin 16-ci seçki məntəqəsinin sədri Fizzə Həmidova
Bizim.Media-ya açıqlamasında sesvermə prosesindən danışıb. O, qeyd edib ki, 1174 nəfər seçicidən bu saata qədər 112 nəfər səs verib:
"Hər şey qaydasındadır. Heç bir narahatçılıq müşahidə olunmayıb. Ümid edirik ki, bu hal günün sonuna qədər davam edəcək, istədiyimiz nəticəni əldə edəcəyik. Səs verənlər arasında həm yaşlıları, həm də gəncləri görə bilirik".
Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür. Səsvermə prosesinə saat 19:00 - da yekun vurulacaq.
Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media