EN

Hakan Fidan Ər-Riyadda Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə Suriyanı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda səudiyyəli həmkarı Feysəl bin Ferhan Əl Səud ilə görüşüb.

Missiya.Az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fidan Türkiyənin Suriyaya qarşı sanksiyaların aradan qaldırılması və Qəzzada daimi atəşkəsin yaradılması ilə bağlı fikirlərini həmsöhbətlərinə çatdırıb.

Qeyd olunub ki, diplomatlar ikitərəfli əlaqələri və müxtəlif sektorlarda əlaqələrin yaxşılaşdırılması yollarını müzakirə ediblər. 

Daşqın HəsənovMissiya.Az

Chosen
3
missiya.az

1Sources