EN

“PAŞA Sığorta” yenə də Mərkəzi Bankın tələblərini pozub 

“PAŞA Sığorta” Mərkəzi Bankın tələblərini pozub. 

“Yeni Sabah” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Məlumata görə, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Paşa Sığorta” “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan (Qanun) irəli gələrək sığorta qaydalarında müəyyən edilən şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub. 

Mərkəzi Bank sözügedən tələblərin təmin edilməsi məqsədilə Qanunun 102.2.9-cu maddəsinə əsasən “PAŞA Sığorta”ya icrası məcburi olan göstəriş verib. 

Qeyd edək ki, bu, son bir ildə Mərkəzi Bankın “PAŞA Sığorta” ilə bağlı tətbiq etdiyi 3-cü məcburi göstərişdir.


Telegram kanalımız
Chosen
2
yenisabah.az

1Sources