Baş nazirin müavini Samir Şərifova daha bir vəzifə verilib.
Modern.az-ın məlumatına görə, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edəcək.
Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Qeyd edək ki, Təşkilat Komitəsinə əvvəllər gənclər və idman naziri Fərid Qayıbov rəhbərlik edib. Yeni sərəncama əsasən, o, Komitə sədrinin müavini olacaq.
Xatırladaq ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.
Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.
Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışıb.