EN

Məntəqə sədri: Yaşlılar özləri məntəqəyə gəlib səs vermək istəyirlər

Bakı, 29 yanvar, AZƏRTAC

Bakının 7 saylı Səbail seçki dairəsinin tərkibinə daxil olan məntəqələrdə səsvermənin ilk saatlarından etibarən xüsusi canlanma müşahidə olunur.

Seçki dairəsi üzrə 10 saylı seçki məntəqəsinin sədri Lalə Əliyeva AZƏRTAC-a müsahibəsində seçkinin keçirildiyi 132-134 nömrəli təhsil kompleksində səsvermə üçün yüksək səviyyədə şəraitin yaradıldığını deyib. Qeyd edib ki, məntəqədə səsvermənin gedişini müşahidəçilər və media nümayəndələri izləyirlər. Seçicilər yüksək fəallıq nümayiş etdirir, istədikləri namizədlərə sərbəst şəkildə səs verirlər. Məntəqədə 1153 seçici var. Onlar fəaldırlar və məntəqəyə gələrək istədikləri namizədə səs verirlər. Seçki prosesi sakit keçir. Məntəqədə veb-kamera quraşdırılıb.

“Məntəqədə qeydə alınan seçicilərdən 22 nəfərin 18 yaşı tamam olub. Onlardan biri artıq səsini verib. Biz də bir məntəqə üzvləri olaraq onu Konstitusiya kitabı və Azərbaycan Bayrağı təqdim edərək təbrik etmişik. Adətən, sağlamlıq imkanları məhdud və xəstə olan seçicilərin seçki məntəqəsinə gələ bilməyəndə bu qəbildən insanların rahat səs verə bilmələri üçün evlərə daşınan qutular aparılır. Məntəqə üzrə 59 nəfər yaşlı nəsil nümayəndəsi qeydiyyata alınıb. Bu səfər onlar heç evlərinə qutu aparılmasını da istəmədilər. Çünki özləri məntəqəyə gəlib səs vermək istəyirlər”, - deyə L.Əliyeva diqqətə çatdırıb.

Chosen
17
50
azertag.az

10Sources