EN

İsrail vasitəsilə Kiyevə "Patriot" göndərilməsi təsdiqləndi - "CNN"

Ukrayna İsraildə saxlanılan 90-a yaxın “Patriot” hava hücumundan müdafiə raketi alıb. Bu fikirlər CNN-də dərc olunan məqalədəndir. Nəşr Pentaqonun sözçüsünə istinad edib. O, qeyd edib ki, çatdırılma ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilib.


İsrail hava hücumundan müdafiə sistemlərini aprel ayında istismardan çıxarmazdan əvvəl 30 ildən çox işlətmişdi. Raketlərin Ukraynaya ötürülməsi ilə bağlı müzakirələr ötən ilin yayından, Bayden administrasiyası Kiyevə Rusiyanın hücumlarına qarşı mübarizə üçün əlavə hava hücumundan müdafiə imkanları verməyə çalışdığı vaxtdan davam edir: "Rusiya mütəmadi olaraq hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirərək raket və dron zərbələri endirdiyi üçün Ukraynanın daha çox Patriot raketlərinə ehtiyacı var idi".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
5
news365.az

1Sources