EN

Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edildi

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyatakeçirilən tədbirlər nəticəsində vətəndaşların etibarındansui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 58yaşlı Rasim Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regionalqrupundan Trend-ə verilən məlumata görə, o, zərərçəkənlərətorpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarınarəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165min manat pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onunbarəsində həbs qətimkan tədbiri seçilib.

R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisnaolunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqavətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verəbilərlər.

Məqalədə:
Chosen
2
25
az.trend.az

10Sources