ABŞ prezidenti Donald Tramp hökumətinin fevralın 6-na kimi işini tərk edəcək bütün federal işçilərə yeddi aylıq əmək haqqı məbləğində təzminat təklif edən e-poçt göndərdiyi bildirilir.
Sherg.az xəbər verir ki, ABŞ-da federal hökumətin insan resursları agentliyi olan Personal İdarəetmə Ofisi (OPM) mövzu ilə bağlı bütün işçilərə e-poçt vasitəsilə bir memorandum göndərib.
Sənəddə fevralın 6-na kimi könüllü olaraq vəzifəsini tərk edən bütün federal işçilərə yeddi aylıq əmək haqqı məbləğində işdən çıxma müavinətinin veriləcəyi bildirilib.
Trampın bu addımı onun hökuməti yenidən islah etmək səylərinin sonuncusu olub. Digər tərəfdən yardımın dondurulması qərarı məhkəmə tərəfindən dayandırılıb.