Rusiyanın İrkutsk vilayətində güclü zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal filialı məlumat yayıb.
Məlumata görə, seysmoloji hadisə yanvarın 29-u yerli vaxtla 06:54-də (Bakı vaxtı ilə 02:54) baş verib. Episentr Baykal gölünün yaxın çevrəsində - İrkutsk vilayətinin Böyük Kadilnı burnu (Bolşoe Qoloustnoe) qəsəbəsindən 36 kilometr aralıda yerləşib. Yeraltı təkanların maqnitudası Rixter cədvəli ilə 5.6 bal gücündə olub.
Zəlzələ dağıntı və itkilərə səbəb olmayıb.