EN

Maarifləndirmə tədbirləri genişləndirilməlidir: “Vətəndaşlarımız kart məlumatlarını təqdim etməsələr, bu hallar baş verməz”

“Bank kartlarından pul vəsaitlərinin oğurlanması artıq qlobal bir problemə çevrilib. İnkişaf etmiş ölkələrdə bu istiqamətdə daha innovativ metodlardan istifadə edirlər”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bank kartlarından vəsaitin oğurlanması ilə bağlı hadisələrə nəzər yetirdikdə görünür ki, daha çox diqqət çəkən səbəb kart sahiblərinin kartları barədə gizli məlumatların bölüşdürülməsi ilə bağlıdır:

“Çünki praktik olaraq sonuncu hadisə də təsdiq edir ki, kart sahibi dələduzluq edən şəxsin müraciəti əsasında kart məlumatlarını təqdim edib. Qanunvericiliyə əsasən bank müştərilərə zəng etmir, müştəri bankla əlaqə saxladığı zaman belə operator xüsusi məlumatları almadan hər hansı bir məlumatı təqdim etmir. Vətəndaşlara bank adından zəng, sms, whatsapp üzərindən hər hansı bir link göndərilirsə, onlara kart məlumatları təqdim edilməməlidir. Vətəndaşlarımız kart məlumatlarını təqdim etməsələr, bu hallar baş verməz. Bu istiqamətdə bank sektorunda hər hansı bir təhdiddən danışmaz doğru olmaz. Vətəndaşları geniş şəkildə maarifləndirmək lazımdır ki, kart məlumatları üçüncü şəxslə bölüşdürülməməlidir. Əgər kart sahibləri bundan məlumatlı olsalar, bu tip oğurluq hallarının qarşısı alınmış olar. Ancaq təbii ki, bu istiqamətdə maarifləndirmə tədbirlərini genişləndirmək lazımdır ki, belə halların sayı azalsın”.

//Gülnarə Abasova, Editor.az

Chosen
3
4
editor.az

10Sources