EN

Zülfiyyə Vəliyeva: "İNAM, İMAN, ÖZGÜVƏNLİK: Uğura aparan yoldur!

Ömrü boyu yol gedirik. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan insanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündür. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir.Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir… Hər bir insanın dəyəri onun elmi qədərdir. Elm işiq, nurdur, Allahın nurundan sevdiyi, seçdiyi şükran bəndəsinə hədiyyəsidir! İnsanların inam və etibarını qazanmaq üçün cəkilən zəhmət,onlara göstərilən diqqət və qayğı,səmimi münasibət şübhəsiz öz bəhrəsini verir.      Ceyhun Lətif oğlu Məmmədov 1975-ci il yanvarın 28-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. İlahiyyat üzrə fəlsəfə doktorudur.   1998–2001-ci illərdə "İrşad" İslam Araşdırmaları Mərkəzində tərcüməçi-referent işləmiş, 2001–2013-cü illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş mütəxəssis, bölmə müdiri, şöbə müdiri, 2013–2015-ci illərdə «Avrasiya» MMC-də tərcüməçi, AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük elmi işçi, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2018–2020-ci illərdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.    VI çağırış Milli Məclisin deputatı Ceyhun Lətifə oğlu Məmmədova seçiciləri növbədənkənar parlamentə seçkisində yenidən etimad göstərmişlər. Fəaliyyəti dövründə Ceyhun müəllim daimə təhsillə bağlı bütün tədbirlərdə yaxından iştirak edərək, mövcud problemlərin həlli yolları haqqında öz maraqlı təklifləri ilə çıxışlar etmiş,gənclərlə mütamadi görüşlərdə onların sağlam,vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətdə fəal iştiraklarının vacibliyini daim diqqətə saxlamışdır.Ceyhun müəllim Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt, Qətər, Mərakeş, Özbəkistan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.         İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir.     Təhsil ictimaiyyəti adından 50 illik yubleyi münasibətilə Ceyhun müəllimi təbrik edir, uğurlar diləyirik, yeni yaşınız mübarək olsun! Sizə uzun ömür, cansağlığı arzulayırıq!  

Zülfiyyə Vəliyeva

Respublikanın Əməkdar müəllimi.

TehsilForumu.Az

1Sources