EN

Bugün müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı qərar veriləcək

Avropa İttifaqı ölkələrinin səfirləri bu gün Brüsseldə Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.

"Freedom” Avropa nəşrlərinin redaktoru Rikard Jozviakın sözlərinə görə, son anda sürprizlər olmasa, səfirlər Aİ-nin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi. 
 
2023-cü ilin yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
5
6
anews.az

6Sources