EN

İşçilər həftədə 3 gün istirahət edə biləcəklər

Xüsusilə Avropada geniş şəkildə tətbiq olunan çevik iş modelinin Türkiyədə də tətbiqi üçün səylər davam edir. Y

News24.az xəbər verir ki, çevik işləyən model adlanan yeni model haqqında təfərrüatlar aydınlaşmağa başlayıb. Bu, insanların dövlət və özəl sektorda həftədə 3 gün istirahət etməsinə yol açacaq.

Yeni modelə görə, özəl sektorda gündə 9 saat işləyənlər gündə 10 saat işləməklə 5 günlük iş həftəsinə, dövlət sektorunda gündə 8 saat işləyənlər isə gündə 9 saat işləməklə 4 günlük iş həfətsinə keçə biləcəklər. 

Onu da qeyd edək ki, 2025-ci ilin yazında tətbiqi planlaşdırılan çevik iş modelindən ən çox uşaqlı qadınların, təhsillərini davam etdirən gənclərin və imkansız qrupların faydalanacağı gözlənilir. 

Günel Məlikzadə


Chosen
2
news24.az

1Sources