Almaniya kansleri Olaf Şolts amerikalı milyarder İlon Maskın Avropadakı sağçı partiyalara dəstəyini kəskin tənqid edib və bunu "həqiqətən iyrənc" adlandırıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Berlində seçkiqabağı tədbirdə çıxışı zamanı deyib.
Şoltsun fikrincə, Maskın hərəkətləri Avropa İttifaqında demokratiyaya mane olur: "Yeni olan odur ki, o (Mask - red.) bütün Avropada sağçı siyasətçilərin işlərinə qarışır. Bu, həqiqətən də iyrəncdir və bütün Avropa İttifaqında demokratiyanın inkişafına kömək etmir".
O əlavə edib ki, Almaniya nasistlərin keçmişdə etdiklərinə görə məsuliyyət daşımağa davam edəcək.
Şolts vurğulayıb ki, Almaniya onu nasistlərdən azad etdiyi və yenidən demokratiyaya çevrilməsinə kömək etdiyi üçün ABŞ-yə minnətdardır: “Buna görə də mən İlon Maskın ifrat sağçılar üçün ayağa qalxmasından çox qəzəblənirəm”.
“AzPolitika.info”