EN

İngiltərədə səhiyyə sistemi çökdü: Xəstələrin müalicəsi anbarlarda edilir

İngiltərədə xəstəxanalarda yer tükəndiyi üçün xəstələr otaqlar əvəzinə ofislərdə, anbarlarda və hətta avtomobil parklarında müalicə olunurlar. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədı İngiltərənin Milli Səhiyyə Xidməti məlumat yayıb.

Belə ki, səhiyyə sistemindəki acınacaqlı vəziyyət Kent şəhərindəki William Harvey Xəstəxanasında çəkilmiş bir foto ilə ortaya çıxıb.

Sıxlıq səbəbindən xəstəxana otaqlarına aparıla bilməyən yaşlı xəstələr dar xəstəxana dəhlizlərində xərəklərdə müalicəni saatlarla gözləmək məcburiyyətində qalıblar. 

Kral Tibb Bacısı Kollecinin (RCN) hesabatına görə, İngiltərədəki xəstəxanalardakı təcili yardım şöbələri həddindən artıq sıxlığın öhdəsindən gələ bilmir. Təcili yardım şöbəsində 12 saatdan çox gözləyən xəstələrin bir ay ərzində ölmə ehtimalının əhəmiyyətli dərəcədə artdığı ifadə edilir.

Mikayıl
Chosen
9
1
azxeber.com

2Sources