Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a qədər respublika üzrə 1020231 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 17.1 faiz olub.