EN

Putin: Qərb Kiyevi müharibəni davam etdirməyə inandırdı

Prezident qeyd edib ki, Ukraynanın 2022-ci ildə İstanbul razılaşmalarından imtina etməsinin arxasında prezident Co Baydenin başçılıq etdiyi ABŞ administrasiyası dayana bilər.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Kiyevin 2022-ci ildə İstanbul razılaşmalarından imtina etməsinin arxasında prezident Co Baydenin başçılıq etdiyi ABŞ administrasiyası dayana bilər.

Putin deyib ki, aprelin 15-dək sazişlərin bütün əsas parametrləri razılaşdırılıb. “Birdən Kiyevdən məlumat gəldi ki, onların müttəfiqləri ilə məsləhətləşmələri lazımdır və onlar bir həftəlik fasilə verirlər”-deyə, prezident VGTRK jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən deyib.

“Bildiyiniz kimi, Böyük Britaniyanın o vaxtkı baş naziri cənab Conson, yəqin ki, cənab Baydenin başçılıq etdiyi keçmiş Amerika administrasiyasının təhriki ilə gəldi və ukraynalıları müharibəni davam etdirməyə inandırdı. Əslində bunu heç kim gizlətmir” - deyə, Putin əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
6
turkustan.az

1Sources