EN

97 saylı DSK sədri: Səsvermə prosesi normal keçir, hər hansı şikayət daxil olmayıb

Səsvermə prosesinin normal keçdiyi, hər hansı şikayətin daxil olmadığı bildirilib.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında 97 saylı Tərtər-Ağdərə-Goranboy Dairə Seçki Komissiyasının (DSK) sədri Həmid Mehdiyev deyib.

Onun sözlərinə görə, səsvermə prosesi başlayandan etibarən, hər hansı pozuntu qeydə alınmayıb:

“Ümumilikdə dairə üzrə seçici fəallığı müşahidə olunur. 45 min 288 seçicinin qeydiyyatda olduğu dairədə 3-ü qapalı olmaqla 53 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçicilərdən 249-u ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə qeydiyyatda olan 10 seçicinin yaşı 100-dən yuxarıdır. Bələdiyyə üzvlüyünə 94 yer uğrunda 185 namizəd mübarizə aparır.

Səsvermənin gedişini 552 müşahidəçi izləyir. Dairə üzrə 9 seçki məntəqəsi veb-kamera ilə təchiz olunub”.

Chosen
9
1
aznews.az

1Sources