EN

Sabiq prezident Moldovanın anti-Rusiya siyasətini tənqid edib

"Moldova hökumətinin anti-Rusiya siyasəti ölkəni enerji böhranına sürükləyib".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti, müxalif Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.

Onun sözlərinə görə, Moldova prezidenti Maia Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasının yürütdüyü anti-Rusiya siyasəti ölkəni enerji böhranına sürükləyir:

"İnsanlar ucuz qaz, işıq, normal həyat şəraiti istəyirlər. "Qaranlıqda daha yaxşı, amma Rusiyasız" kimi şüarları olan geosiyasəti tərk edin. Biz Moldovanın maraqları üçün hər kəslə əməkdaşlıq etməliyik. Görünən odur ki, Sandu hakimiyyəti bir neçə dəfə bahalaşan qaz, elektrik, istilik və digər kommunal xidmətlər üçün tarifləri azaltmaq vədini yerinə yetirməyəcək".

Gülşən Şərif

Chosen
0
bakivaxti.az

1Sources