“Fənərbaxça”nın sabiq futbolçusu Elif Elmas karyerasını İtaliya A seriyasında davam etdirəcək. Msport.az xəbər verir ki, Şimali Makedoniya millisinin yarımmüdafiəçisi “Torino” ilə müqavilə bağlayacaq.
25 yaşlı oyunçu bu gün İtaliyaya yollanıb tibbi müayinədən keçəcək. “Torino” Elmasın transferinə görə “Leyptsiq”ə 17 milyon avro ödəyəcək.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində “Rabotniçki”, “Fənərbaxça”, “Napoli” və “Leyptsiq” klublarında çıxış edib.