EN

Komissiya: Xarici kəşfiyyat xidmətləri Rusiyada sabitliyi pozmağa çalışır

Xarici kəşfiyyat xidmətləri milli və dini faktorlardan istifadə edərək Rusiyada sabitliyi pozmağa çalışır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Rusiya Federasiyasının Dövlət Suverenliyinin qorunması və daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə Komissiyasının illik hesabatında bildirilib.

Qeyd olunub ki, qərb 2026-cı il Dövlət Dumasına seçkilərə, o cümlədən informasiya hücumlarından istifadə etməklə müdaxilə etməyə hazırlaşır.

“Xarici kəşfiyyat xidmətləri milli və dini faktorlardan istifadə edərək Rusiyada sabitliyi pozmağa çalışır. Bu işə onların nəzarətində olan QHT-lər, həmçinin NATO ölkələrinin ixtisaslaşmış təşkilatlarının əməkdaşları cəlb olunub.

NATO strukturları Rusiya Federasiyası daxilində Rusiya əleyhinə layihələrin icraçılarını axtarır, adambaşına 25 min avroya qədər qrant təklif edir”, - hesabatda bildirilib.

Chosen
2
apa.az

1Sources