EN

Qrelandiyanın böyük əksəriyyəti ABŞ-a birləşmək istəmir

Qrenlandiyalıların böyük əksəriyyəti (85%) adanın ABŞ-a qoşulmasına qarşı olduğunu bildirib. Bu barədə  "Verian” agentliyinin keçirdiyi sorğu nəticələrində qeyd olunub. 

Sorğunun nəticələrinə görə, yalnız 6% Danimarkanın idarə etdiyi adanın ABŞ-a qoşulmasının tərəfdarıdır. Eyni zamanda respondentlərin 9%-i cavab verməkdə çətinlik çəkib.

Sorğuda yaşı 18-dən yuxarı olan 497 nəfər iştirak edib. 

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq niyyətində olduğunu açıqlaması Danimarka ilə Vaşinqton arasında ciddi müzakirə yaradıb.
 
Aytac 



www.anews.az
Chosen
1
9
anews.az

8Sources