Bələdiyyə seçkilərində respublika üzrə saat 12:00-a olan məlumata görə, seçicilərin 17.11 faizi səs verib. Bəzi məntəqələrdə seçici aktivliyi 20 faizdən çoxdur.
Bizim.Media xəbər verir ki, 79 saylı Astara Seçki Dairəsində seçicilərin 24,31 faizi, 69 saylı Biləsuvar Seçki Dairəsində seçicilərin 24,26 faizi səsvermədə iştirak edib.
Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
Günay Şahmar, Bizim.Media