EN

Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 1 yanvar tarixinə ümumi 155 931,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

FED.az xəbər verir ki, bu barədə Dövlət Neft Fonduna əsasən bildirilir. 

Qeyd edək ki, ötən il ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 781 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Əlavə etmək lazımdır ki, 2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 mln. ABŞ dolları) nisbətən 7,1% artaraq 60 031,4 mln. ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. (Apa)

Chosen
3
4
fed.az

5Sources