EN

Bu yaşda ailə qurmaq boşanma ehtimalını sıfıra endirir - Psixoloq sirləri açdı

Azərbaycanda son 30 ildə nikaha daxil olma yaşının artması diqqət çəkir. Artıq insanlar gənc yaşda ailə sahibi olmaqdan imtina edirlər. Yaş artdıqca isə evliliyə müsbət yanaşanların sayı da azalmağa davam edir.

Bəs gec ailə qurmağın gənc yaşda evlənməkdən fərqi və üstünlükləri nələrdir?

“Yeni Sabah” məsələni psixoloq Aytən Ələkbərova ilə müzakirə edib. Ekspert bir sıra əsas məqamlara toxunub:

“24-25 yaşdan sonra qurulan ailələrdə münasibətlərdə baş verən bir çox problemin qarşısı alına bilir. Bunun əsas səbəbi həmin yaşlarda münasibətlərin sabitliyi və problemlərin həlli daha asan olur. Erkən evliliklərdə hisslər tam dərk edilmədiyindən və məsuliyyət hissi zəif olduğundan, ailədaxili mənasız problemlər tez-tez baş verir.Gənclik dövründə erkən nikaha niyə görə “yox” deyirik? 25-30 yaşa çatanda “sən demə mən sevməmişəm, indi daha çox sevirəm” kimi fikirlərlə qarşılaşmamaq üçün 25-30 yaş aralığında insanlar emosiyalarını daha ağıllı idarə edə bilir və həyat yoldaşı seçimini daha məsuliyyətli şəkildə həyata keçirirlər. Bu yaş dövründə "Həqiqi sevgi nədir?" sualına cavab tapmaqla insanlar münasibətlərə daha real və obyektiv yanaşır. Xəyali gözləntilər yerinə real dəyərləri qiymətləndirmək problemlərin azalmasına şərait yaradır. İnsan ağlındakının axtarışı fonunda həmin adamın yanında olduğunu tam dərk edib görə bilsə, təbiidir ki, ailələrdə boşanmanın sayı azalacaq”.

Psixoloq qeyd edib ki, gec evliliklərin başqa bir üstünlüyü də insanların məsuliyyət hissini daha dərindən dərk etməsidir:

“Bu yaşda şəxslər hisslərini nəzarətdə saxlamaq və problemlərin həllində daha effektli yanaşma göstərmək qabiliyyətinə sahibdirlər. Bu yanaşma, ailə daxilindəki etibarın möhkəmlənməsinə və münasibətlərin daha sağlam şəkildə inkişafına səbəb olur.

Bu baxımdan gec ailə quran insanlar sanki bu məsuliyyəti dərk edir. Və həmin məsuliyyət ailəyə qarşı olan həyəcanı idarə edə bilir. Elə yaş dövrü var ki, bu zaman keçirilən hiss və həyəcan cütlüklərə ailə məsuliyyətini dərk etməyə imkan vermir. Ailələrdə baş verən boşanmaların səbəbi elə bu kimi faktorlardan irəli gəlir. Cütlüklər nə qədər gec ailə qurarsa, hislər və həyəcan münasibəti idarə etmək yerinə, məsuliyyət ailəni balanslaşdıracaq. Beləliklə, evliliklər uzunömürlü olacaq. Tez ailə qurub boşanmaqdan, uşaqlara psixoloji travma yaşatmaqdansa, gec evlənib nümunə göstəriləcək ailə portretini yarada bilərik”.  

Chosen
3
3
bakuinfo.net

4Sources