Məhşur döyüşçülərdən olan Tony Ferguson UFC-dən ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumatı paylaşıb. Bildirib ki, bundan sonra o, yeni yaradılmış "Global Fight League" ilə müqavilə imzalayıb.

Qeyd edək ki, amerikalı döyüşçü 13 il UFC-də döyüşüb. O, həmçinin son 7 ildə çıxdığı döyüşlərin heç birində məğlub olmamışdı.