EN

Kreml: Suriyanın yeni hakimiyyəti ilə əlaqələrimiz vacibdir

Kreml Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyəti ilə əlaqələrini vacib hesab edir və dialoq davam etdiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, vacib səfər və əlaqələrdir, çünki Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və davam etdirmək lazımdır. Biz bununla məşğul oluruq və bundan sonra da belə olacaq", - o, Rusiya nümayəndə heyətinin dünən Dəməşqə səfərini şərh edərkən qeyd edib.

Chosen
7
2
report.az

10Sources