EN

Universitetini dəyişən tələbənin akademik borc ödənişi - Problem necə həll olunur?

Universitetlərdə təhsil alan bəzi tələbələr bir sıra səbəblərdən oxuduğu ali təhsil məktəbini dəyişməyə can atır. Bunun üçün tələbələrin köçürülməsi prosesi həyata keçirilir. Proses mövcud qaydalara uyğun olaraq yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və bu barədə həm Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, həm də Elm və Təhsil Nazirliyinin rəsmi səhifə və sosial şəbəkə hesablarında məlumat yerləşdirilir.

Onu da qeyd edək ki, bu qərar 2022-2023-cü tədris ilindən etibarən qüvvədədir. Belə ki, bu tədris ilinə qədər tələbələrin transferi qış sessiyasında da həyata keçirilirdi.

Bəs 2023-cü ilə qədər qış sessiyası zamanı ödənişli əsaslarla universitetə daxil olan və başqa universitetə transfer olan tələbələr akademik borcunu əvvəlcədən ödəyirsə, transfer zamanı onun pulu geri qayıdırdımı?

Modern.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecement Universiteti, Aqrar Universiteti, Mingəçevir Dövlət Universitetindən bildiriblər ki, tələbələrin köçürülməsi ildə iki dəfə aparıldığı müddətdə bir illik akademik borcunu ödəyən tələbələrin ödənişi geri qaytarılır və sözügedən mövzu ilə bağlı heç bir problem yaranmır.

Chosen
10
45
modern.az

10Sources