Sumqayıt şəhərində yerləşən evlərin birində yanvarın 29-da saat 5 radələrində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Report"un yerli bürosuna bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt Şəhər Prokurorluğundan isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
***
Sumqayıt şəhərində qətl hadisəsi törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə 12-ci mikrorayon, bina 35, mənzil 21-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Babışova Səbinə Seymur qızı qətlə yetirilib.
Ona xəsarət yetirməkdə əri A.Babışov şübhəli bilinir.
Hadisə ilə bağlı araşdırma aparılır.