EN

Mask demokratiyaya təhlükədir - Fransanın baş naziri

Amerikalı milyarder, X sosial şəbəkəsinin sahibi və ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi İlon Mask demokratiya üçün təhlükə yaradır.

Ölkə.Az xəbər verir ki, bunu Fransanın baş naziri Fransua Bayru bəyan edib.

O bildirib ki, Fransanın və bütövlükdə Avropa Trampın və onun komandasının hamını özünə tabe etdirmək istiqamətində yürütdüyü siyasətə qarşı çıxacaqlar. 

Qeyd edək ki, Mask bu yaxınlarda fevral ayında keçiriləcək seçkilər ərəfəsində Almaniyanın immiqrasiya əleyhinə partiyasını dəstəkləyib və dəfələrlə Britaniya siyasətini tənqid edərək baş nazir Keir Starmerin istefasını tələb edib. 

Mürtəza
Ölkə.Az

Chosen
10
25
olke.az

10Sources