EN

ABŞ Ukraynaya hərbi yardımı dondurur - "The New York Times"

Bu fikirlər "The New York Times"da (NYT) dərc olunanməqalədəndir. Qeyd edilib ki, Nümayəndələr Palatasının iki Demokrat üzvü Qreqori Miks ilə Luis Frankel dövlət katibi Marko Rubioya məktub göndəriblər.

Onlar yardımların dayandırıldığı üçün insanların həyatının “risk altında” olduğunu bildiriblər.

"Konqres bu vəsaitlərin istifadəyə icazə verib və həmin pulların təyinatı üzrə xərclənməsini təmin etmək bizim konstitusiya borcumuzdur", -məktubda yazılıb.

Nəşr qeyd edib ki, proqram nəzarətçiləri hətta əvvəlki administrasiyalar tərəfindən yardımın yenidən qiymətləndirildiyi dövrlərdə belə bununla bağlı geniş və zərərli direktivlər görməmişdilər.

Əksər hərbi yardım proqramlarının dayandırılması əmri Ukraynaya da aiddir. Lakin İsrail və Misirə yardıma dair məsələlər bu sənəddə nəzərdə tutulmayıb.
Tural Tağıyev
AzVision.az

Chosen
4
azvision.az

1Sources